preeloader
[email protected] S.S.Akhundov Street, 1E Baku Azerbaijan
Blog Image

8 Noyabr - Zəfər Günün mübarək, Azərbaycan!


Zəfər Günün mübarək, Azərbaycan! 

Bu gün — 8 Noyabr — tariximizin ən şərəfli səhifələrindən biridir.
Bu gün — millətimizin birliyinin, igidliyinin və azadlıq sevgisinin simvoludur.
Bu gün — Müzəffər Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti və xalqımızın sarsılmaz iradəsi ilə qazanılmış Zəfər Günüdür!

Deftech Azərbaycan kollektivi olaraq, Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından, qanından keçmiş bütün qəhrəmanlarımızın xatirəsini dərin ehtiramla anır, qazilərimizə minnətdarlığımızı bildiririk.

Bu Zəfər – təkcə hərbi qələbə deyil, həm də milli ruhun, elmin, texnologiyanın və inamın gücünün təntənəsidir.

Eşq olsun Müzəffər Ali Baş Komandana!
Eşq olsun Azərbaycan Ordusuna!
Eşq olsun Qalib Azərbaycan xalqına!

Yaşasın Zəfər Günü!
Qarabağ Azərbaycandır!
Deftech Azərbaycan kollektivi