Yeni F-5000 test uçuşları uğurla başa çatdı
F-5000E – Azərbaycanın DEFTECH MMC şirkəti tərəfindən hazırlanmış, müxtəlif hədəfləri yüksək dəqiqliklə məhv etmək üçün nəzərdə tutulmuş gəzən (loitering) sursatdır. Bu aparatın çəkisi 16 kq-dır, 2 metr uzunluğa və 2.2 metr qanad açıqlığına malikdir. O, 5 kq-lıq döyüş başlığı daşıya bilir. Döyüş başlıqları müxtəlif tiplərdə təqdim olunur: proximitet alışqanlı piyadaya qarşı, zirehdələn və termobarik növlər.
F-5000E 120–130 km/saat sürətlə hərəkət edir, 20–40 dəqiqə havada qala bilir və 300–3000 metr hündürlüyə qalxma qabiliyyətinə malikdir. Gündüz və gecə şəraitində müşahidə kameraları və süni intellekt əsaslı hədəf tanıma sistemi ilə təchiz olunmuş bu sistem, hədəflərin dəqiq aşkarlanmasını və məhv edilməsini təmin edir.