Baş direktorla eksklüziv müsahibə: DEFTECH – Qlobal arenaya çıxan azərbaycanlı müdafiə startapı
Defensehere.com saytına verdiyi müsahibədə Deftech Thrusting Future şirkətinin baş direktoru Elmar Qədimov şirkətin məhsulları və imkanları barədə məlumat verib.
O bildirib ki, şirkət hazırda Azərbaycan Müdafiə Nazirliyi ilə tərəfdaşlıq edir.
Şirkətin hazırkı layihələri barədə danışan Qədimov qeyd edib ki, Calidus şirkəti ilə əməkdaşlıq çərçivəsində onların dron və şəbəkə sistemləri zirehli texnika və gəmilərlə yüksək səviyyədə inteqrasiya olunur.
Tetris sistemi barədə isə Qədimov bunları deyib:
“Bu sistem, drondan enerji, telemetriya və məlumat sistemini ötürən kabellə təchiz olunub. Dron mobil retranslyator və müşahidə sistemi kimi istifadə olunur.”
Ətraflı oxu:
https://defensehere.com/en/exclusive-interview-deftechs-tetris-system